Məhsulun geri qaytarılması

"Homebots.az" olaraq məqsədimiz sizə yalnız yüksək keyfiyyətli elektronika, "Ağıllı ev" (Smart Home) cihazları və məişət texnikası təqdim etməkdir. Sifarişlərinizin və alış-verişinizin hər mərhələsində özünüzü əmin hiss etməyiniz üçün aydın və şəffaf qaydalar hazırlamışıq.

Bu səhifədə saytımızdan alınan məhsulların qaytarılması, zəmanət xidməti və dəyişdirilməsi şərtləri ilə tanış ola bilərsiniz. Komandamız istənilən vəziyyətdə sizə dəstək göstərməyə hazırdır.

İstehsal (Zavod) qüsuru olan məhsulun təmiri və ya dəyişdirilməsi

Bizim məhsullarımız "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq rəsmi zəmanətlə təmin edilir. Cihazın təhvil-təslimi zamanı və ya zəmanət müddətində istehsal (zavod) qüsuru aşkar olunarsa:

  • 010 218 41 46 qaynar xəttinə zəng edərək və ya info@homebots.az ünvanına yazaraq qüsur haqqında məlumat verin (şəkil və ya video əlavə edilməsi tövsiyə olunur).

  • Rəsmi servis mərkəzimiz və ya texniki ekspertimiz cihazı yoxlayacaq.

  • Əgər istehsal qüsuru təsdiqlənərsə, "Homebots.az" problemi ən qısa müddətdə öz hesabına aradan qaldıracaq (qüsurlu cihazın təmiri və ya yenisi ilə əvəz edilməsi).

  • Qüsurun aradan qaldırılması texniki cəhətdən mümkün deyilsə, məhsul dəyişdiriləcək və ya ödəniş geri qaytarılacaq.

  • Ödənişin geri qaytarılması yalnız sifariş zamanı istifadə olunan bank kartına həyata keçirilir. Bank qaydalarına əsasən məbləğin hesaba oturması 14 təqvim gününədək çəkə bilər.

Şəxsi istək əsasında geri qaytarma

"Homebots.az" elektronika və mürəkkəb texniki malların satışı ilə məşğul olur.

  • "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, mürəkkəb texniki mallar (elektronika, məişət texnikası) lazımi keyfiyyətdə olduqda yalnız qablaşdırması açılmadığı, əmtəə görünüşü, zavod plombları pozulmadığı və heç bir halda istifadə edilmədiyi təqdirdə qanunla müəyyən edilmiş 14 gün ərzində qaytarıla və ya dəyişdirilə bilər.

  • Qablaşdırması açılmış, quraşdırılmış və ya artıq istifadə edilmiş sağlam (qüsursuz) elektronika məhsulları geri qaytarılmır və dəyişdirilmir.

  • Sifarişinizi cihaz anbar tərəfindən kuryerə (kargoya) təhvil verilməzdən öncə bizimlə əlaqə saxlayaraq ləğv edə bilərsiniz.

İstifadə olunan terminlər və anlayışlar

  • Şirkət/Satıcı – "Güvən Systems" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1703706891). Ünvan: Mirəli Seyidov 31/38, Baku, Azerbaijan 1100.

  • Veb-sayt – "Güvən Systems" MMC tərəfindən idarə olunan homebots.az saytı.

  • Alıcı – Satıcı ilə müqavilə bağlayaraq sayt üzərindən məhsul (elektronika, smart cihaz və məişət texnikası) satın alan istifadəçi.